"Astana" klubunun baş məşqçisi Roman Qriqorçuk Qazaxıstanda iyul ayının ən yaxşı məşqçisi seçilib. "Qəbələ"nin keçmiş məşqçisi olan ukraynalı mütəxəssis Peşəkar Futbol Liqasının Premyer Liqa klublarının baş məşqçiləri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, bütün həmkarlarını qabaqlayıb.