Oktyabrın 13-14-də ölkəmiz yeniyetmələr arasında cüdo üzrə növbəti beynəlxalq turnirə ev sahibliyi edəcək. Şağan Olimpiya İdman Kompleksində keçiriləcək yarışda 10-dan çox ölkəni təmsil edəcək idmançılar iştirak edəcəklər.Yarışdan sonra Zaqulba tədris-idman mərkəzində 3 günlük təlim-məşq toplanışı təşkil olunacaq.
Qeyd edək ki, yarış "Azəri” cüdo klubun təşkilatçılığı ilə keçiriləcək.