Bahama adalarının paytaxtı Nassau şəhərində oktyabrın 17-dən 21-dək keçiriləcək gənclər arasında cüdo üzrə dünya çempionatında ölkəmizi 9 cüdoçu təmsil edəcək.
Kişilərin yarışında Balabəy Ağayev, Rövşən Əliyev (hər ikisi 55 kq), Tofiq Məmmədov, Kəramət Hüseynov (hər ikisi 60 kq), Murad Fətiyev (81 kq), Zelim Kotsoyev və Adil Kərimli (hər ikisi 100 kq) tatami üzərinə çıxacaqlar.
Qadınların mübarizəsində Şəfəq Həmidova və Ramilə Əliyeva (hər ikisi 44 kq) birincilik uğrunda yarışacaqlar.