Bu yaxınlarda "World Masters” turnirində qalib gəlmiş Azərbaycan cüdoçusu Elxan Məmmədov (100 kq) dünya reytinqində üçüncü yerə yüksəlib. Yenilənən təsnifata görə, həmin turnirin bürünc mükafatçısı Elmar Qasımov (100 kq) 6-cı yerdə qərarlaşıb. Nicat Şıxəlizadə (66 kq) 9-cu, eyni çəki dərəcəsində Tərlan Kərimov isə 26-cı pillədədir.İlqar Müşkiyev (60 kq) 25-ci, Rüstəm Orucov (73 kq) 10-cu, Tural Səfquliyev (81 kq) 24-cü yerdə qərarlaşıblar. Olimpiya çempionu Elnur Məmmədli (81 kq) 32-ci yerə düşüb. Şahin Qəhrəmanov (90 kq)
11-ci yerdədir.
Qadın cüdoçuların reytinqində Kifayət Qasımova (57 kq) 21-ci, Ramilə Yusubova (63 kq) 37-ci yerə sahib olub.