Baləkəndə şahmat turniri keçirilib

Baləkəndə şahmat turniri keçirilib


Azərbaycan Respublikası Təhsil Nazirliyində təsdiq edilmiş təqvim planına əsasən 27 may-04 iyun tarixlərində "Təhsil” Respublika İdman Mərkəzi Balakən rayonunda rayon Uşaq-Gənclər Şahmat Məktəbi ilə birlikdə 28 may Respublika Gununə həsr edilmiş Məktəblilərin Respublika Şahmat turniri keçirilib.
Turnirin məqsədi Azərbaycanda Şahmatın inkişaf etdirilməsi Dövlət Proqramının qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi, məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə olunması, respublikamızda, xüsusən, bölgələrdə şahmatın inkişaf etdirilməsidir. Turnirdə Respublikanın şəhər və rayonlarından 29 komanda iştirak edib. İsveçrə sistemilə 9 turdan ibarət olan yarışda 148 məktəbli-şahmatçı 6 yaş qrupunda medallar uğrunda mübarizə aparıblar.
Yarışın açılış və bağlanış mərasimlərində ”Təhsil” Respublika İdman Mərkəzi, Azərbaycan Şahmat Federasiyası və Balakən rayon İcra hakimiyyəti rəhbərləri iştirak ediblər. Yarşda oğlanlar və qızlar arasında I, II və III yerləri tutan şahmatçılar "Təhsil” Respublika İdman Mərkəzinin müvafiq dərəcəli diplom və medalları və Balakən rayon icra hakimiyyətinin qiymətli hədiyyələri ilə təltif ediliblər.

Yarışın nəticələrinə görə

Tutduğu yer Soyadı, adı Təmsil olunduğu şəhər və rayon Topladığı xalların cəmi

6 yaşadək oğlanlar arasında

1 Cabbarlı Ayxan Ucar 4,5

2 Ustayev Nurlan Balakən 4,5

3 Baloğlanov Murad Hacıqabul 4,0

6 yaşadək qızlar arasında

1 Səlimova Aysel Mingəçevir 4,5

2 Bayramova Fidan Balakən 4,5

3 Qaysayeva Alina Balakən 4,0

7-8 yaş qrupu oğlanlar arasında

1 Mollayev Abusəddin Sumqayıt 6,5

2 Qasımov Mehdi Sumqayıt 6,0

3 İbadlı Sahil Samux 6,0

7-8 yaş qrupu qızlar arasında

1 İsmayılova Nafisət Balakən 6,0

2 Hüseynli Gülcin Tovuz 5,5

3 Xəlilzadə Səlmi Zərdab 5,0

9-10 yaş qrupu oğlanlar arasında

1 Abdullayev Suleyman Samux 7,0

2 İbadov Noverlan Balakən 6,5

3 Sərxanov Mənsur Şamaxı 6,5

9-10 yaş qrupu qızlar arasında

1 Tütünçiyeva Səbinə Balakən 7,0

2 Soltanzadə Fidan Goranboy 6,5

3 Tagiyeva Sevinc Şirvan 6,5

11-12 yaş qrupu oğlanlar arasında

1 Ocaqverdiyev Kamil Balakən 7,5

2 Huseynov Şəmşid Samux 7,5

3 Həmidli Ziya Zərdab 7,5

11-12 yaş qrupu qızlar arasında

1 Isayeva Zöhra Ucar 6,5

2 Dadaşzadə Pəri Mingəçevir 6,0

3 Nairova Fəridə Mingəçevir 6,0

13-14 yaş qrupu oğlanlar arasında

1 Nasibov Qəhrəman Mingəçevir 8,0

2 Hüseynzadə Arif Xızı 7,0

3 Əkbərov Səbuhi Hacıqabul 7,0

13-14 yaş qrupu qızlar arasında

1 Kazımlı Xavər Şirvan 5,5

2 Salehova Əminə Goycay 5,0

3 Rüstəmova Aişə Beyləqan 3,5

15-16 yaş qrupu oğlanlar arasında

1 Əhmədov Rüstəm Oğuz 5,0

2 Mustafayev Elgün Oğuz 5,0

3 Cələbiyev Rəvan Oğuz 4,5

15-16 yaş qrupu qızlar arasında

1 Isayeva Zöhrə Balakən 5,5

2 Dadaşzadə Pəri Şirvan 5,0

3 Nairova Fəridə Zərdab 5,0