Şahmatçımız Xanti-Mansiyskdə dünya çempionu olub

Şahmatçımız Xanti-Mansiyskdə dünya çempionu olub


Rusiyanın Xanti-Mansiysk şəhərində şahmat üzrə dünya çempionatı davam edir. Azərbaycan Şahmat Federasiyasından olimpnews.az saytına daxil olan məlumata görə, çempionatda iştirak edən Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov şahmatın rapid növü üzrə yarışda ardıcıl qələbə qazanaraq dünya çempionu olub. Aktivinə 11,5 xal toplayan qrossmeysterimiz ən yaxın izləyicisi Yan Nepomnyaşini yarım xal qabaqlayıb.
Xanti-Mansiyskdə keçirilən mübarizə bununla başa çatmayıb. Rapid üzrə dünya çempionumuz Şəhriyar Məmmədyarov bu dəfə çempionatda blits üzrə mübarizədə öz qüvvəsini sınayır. Blits üzrə yarışın ilk günündə qrossmeysterimiz ikilik səkkiz turdan 10,5 xal toplayaraq hələ ki, altıncı yerdə qərarlaşıb.
Yarışın lideri isə 12 xalla Vyetnam təmsilçisi Le Kuanq Pyemdir. Digər şahmatçımız Rauf Məmmədovun da hesabında 10,5 xal var. Xanti-Mansiysk şəhərində keçirilən şahmat üzrə dünya çempionatı davam edir.