Fevralın 9-da Parisdə "Böyük dəbilqə 2019” turniri start götürəcək. 100 ölkədən 625 cüdoçunun (369 kişi, 256 qadın) mübarizə aparacağı turnirdə Azərbaycanı kişilərin yarışında 13, qadınlarda isə 6 tatami ustası təmsil edəcək. Yarışda kişi cüdoçulardan Rəşad Yelkiyev, Tofiq Məmmədov (60 kq), Orxan Səfərov və Nicat Şıxəlizadə (66 kq), Hidayət Heydərov, Rüfət Məmmədov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (90 kq), Elmar Qasımov, Zelim Kotsiyev (100 kq), Şahin Qəhrəmanov, Uşangi Kokauri (+100 kq) mübarizə aparacaqlar. Qadın idmançılardan isə Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Buyankşiq Purevsuren (52 kq), İçinkorlo Munxtsedev (57 kq) və İrina Kindzerska (+78 kq) qüvvələrini sınayacaqlar.