Atletimiz Elit turnirdə finişi birinci keçib

Atletimiz Elit turnirdə finişi birinci keçib


Azərbaycanlı atlet Nazim Babayev Fransanın Metz şəhərində keçirilən beynəlxalq elit turnirin qalibi olub. Turnirdə N.Babayev üçtəkanla tullanma yarışında 16,67 metr nəticə ilə birinci yeri tutub. O, bu nəticə ilə fransalı atlet Mamadu Dia Çerif (16,09 metr) və belaruslu Dimitri Platinskini (15,87 metr) qabaqlayıb.