Beynəlxalq Cüdo Federasiyası növbəti reytinq cədvəlini açıqlayıb

Beynəlxalq Cüdo Federasiyası növbəti reytinq cədvəlini açıqlayıb


Beynəlxalq Cüdo Federasiyası növbəti reytinq cədvəlini açıqlayıb.
Təmsilçilərimizdən yalnız Ramilə Yusubovanın (63 kq) mövqeyində dəyişiklik olub. Belə ki, cüdoçumuz son siyahı ilə müqayisədə bir pillə geriləyərək 38-ci yerdə qərarlaşıb. Digər idmançılarımızın mövqeyində isə heç bir dəyişiklik olmayıb. İlqar Müşkiyev (60 kq) 25-ci, Nicat Şıxəlizadə 9-cu, Tərlan Kərimov (hər ikisi 66 kq) 26-cı, Rüstəm Orucov (73 kq) 10-cu, Tural Səfquliyev 24-cü yerdə qərarlaşıb. Pekin-2008 Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı Elnur Məmmədli (81 kq) 32-ci, Şahin Qəhrəmanov (90 kq) 11-ci, Elxan Məmmədov 2-ci, Elmar Qasımov (hər ikisi 100 kq) 6-cı və Kifayət Qasımova (57 kq) öz mövqeyində qalıb. Məlumat üçün qeyd edək ki, bu idman növündə olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.