Atletlərimiz İstanbul Kubokunda iştirak edəcəklər

Atletlərimiz İstanbul Kubokunda iştirak edəcəklər



Fevralın 16-da atletlərimiz İstanbul kuboku turnirində iştirak edəcəklər. Yarışda ölkəmizi Nazim Babayev, Teymur Salamlı, Yadulla İbrahimov, Səid Nəcəfzadə, Fəxriyyə Tağızadə, Zəkiyə Həsənova, Lamiyə Vəliyeva və Yelana Pextireva təmsil edəcəklər.

İdmançılarımız turnirdə qaçış (60m, 400m) və tullanma (üçtəkanla, uzunluğa) yarışlarında iştirak edəcəklər.

Atletlərimiz AAF-ın prezidenti Çingiz Hüseynzadənin rəhbərliyi altında mübarizə aparacaqlar.