“Yaponiya səfiri” Kuboku tunniri keçirilib

“Yaponiya səfiri” Kuboku tunniri keçirilib


Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Yaponiyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə "Təhsil” Respublika İdman Mərkəzində cüdo üzrə 4-cü "Yaponiya səfiri” kuboku uğrunda yarış keçirilib.
Tədbirdə çıxış edən səfir Teruyuki Katori yarışın təşkilində əsas məqsədin güclü idmançıların aşkarlanması və Gəncə şəhərində cüdoya marağın artırılmasından ibarət olduğunu deyib. Bildirilib ki, yarışın keçirildiyi Gəncə "Təhsil” Respublika İdman Mərkəzinin cüdo və ağır atletika idman zalı 2014-cü ildə Yaponiyanın "Mədəniyyət üzrə ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində "Gəncə Şəhər İdman Mərkəzinin təkmilləşdirilməsi” layihəsi əsasında təmir olunub. Köhnəlmiş infrastruktur və avadanlıqların yenilənməsi sayəsində funksionallıq artırılıb və bununla da ölkənin qərb bölgəsində idmanın təbliğinə nail olunub.