Məktəblilər arasında xatirə turniri keçiriləcək

Məktəblilər arasında xatirə turniri keçiriləcək


Fevralın 17-də Şağan Olimpiya İdman Kompleksində Milli Qəhrəman Sərdar Səfərovun xatirəsinə həsr edilən cüdo üzrə turnir keçiriləcək. Yarışda 2005-2006-cı il təvəllüdlü idmançılar iştirak edəcək. Xəzər Rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Cüdo Federasiyası və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq yarışın əsas məqsədi cüdo idman növünün kütləviliyiyinin artırılmasıdır.
Yarışda 34 kq, 38 kq, 42 kq, 46 kq, 50 kq, 55 kq, 60 kq, 66 kq və +66 kq çəki dərəcələrində olan məktəblilər mübarizə aparacaqlar.
Qeyd edək ki, sabah 13 nömrəli İOUGİM-də çəki mərasimi təşkil ediləcək.