Cüdo üzrə Azərbaycan çempionatına yekun vurulub

Cüdo üzrə Azərbaycan çempionatına yekun vurulub

İyunun 12-13-də «Sərhədçi» İdman Olimpiya Mərkəzində 23 yaşınadək cüdoçular arasında Azərbaycan çempionatı keçirilib. Turnirdə ümumilikdə 34 cüdo məktəbindən 269 cüdoçu qalib adı uğrunda mübarizə aparıb. Çempionatın ilk günündə Gülşən Nəzərova (52 kq), Təhminə Paşazadə (57 kq), Nuriyə Axundova (63 kq), Günel Həsənli (70 kq), Fəridə Qurbanova (78 kq), Nərminə Əlizadə (78 kq-dan yuxarı), Oruc Vəlizadə (60 kq), Orxan Hacıağalı (66 kq) və Afiq Səfərli (73 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 
Yarışın son günündə isə tatamiyə 4 çəki dərəcəsi üzrə yarışan idmançılar çıxıb. Həlledici mərhələdə rəqiblərindn üstün olan Abdulhaq Rəsulov (81 kq) Qurban Qurbanov (90 kq) 100 kq Cəlil Şükürov, Andrey Fətiyev (+100 kq) turnirin qalibi adını qazanıb. Qalib idmançılar diplom və medallarla qiymətləndiriliblər.