Martın 2-3-də Polşanın Varşava şəhərində cüdo üzrə açıq Avropa turniri keçiriləcək.
Turnirdə Azərbaycanı kişilərin yarışında 19 idmançı təmsil edəcək.
Tatami ustalarımız Balabəy Ağayev, Davud Məmmədsoy, Oruc Vəlizadə, Əhməd Yusifov (hamısı 60 kq), İbrahim Əliyev, İlkin Babazadə, Mehman Sadıqov, Nurlan Osmanov (hamısı 66 kq), Kərim Allahverdiyev, Kənan Quluzadə (hər ikisi 73 kq), Afiq Səfərli, Fəqan Quluzadə, Araş Ağayi, Naim Hüseynov (hamısı 81 kq), Qurban Qurbanov (90 kq), Kərim Abdullaxanlı (100 kq), Rüstəm Kotsoyev, Şahin Qəhrəmanov, Ayxan Cəfərov (100 kiloqramdan yuxarı) medallar uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, yarışda 35 ölkədən 291 cüdoçunun iştirakı dəqiqləşib.