Veteran idmançılarımızdan ilk gündə 3 medal

Veteran idmançılarımızdan ilk gündə 3 medal

Fransanın paytaxtı Parisdə usta cüdoçular arasında Avropa çempionatına start verilib. 22 idmançı təmsil olunduğu yarışın ilk günü Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, veteran idmançılarımız 2 qızıl və 1 bürünc medal qazanıblar. Təmsilçilərimizdən Zaur Paşayev (100 kq) və Zülfiyyə Hüseynova (78 kq)bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər. Yarışda maraqlı məqamlardan biri xanım cüdoçumuzun bütün görüşlərdə rəqiblərinə ipponla qalib gəlməsi olub. Komandamıza digər medalı Elçin Mayılovu (60 kq) qazandırıb. Digər idmançılarımızdan Vüqar Budaqov (66 kq) 5-ci, Vüsal Cəfərov (90 kq), Rəsul Səlimov, Rəsul Sultanov (hər ikisi 100 kq) və Zaur Məcidov (+100 kq) 7-ci olublar.
Məlumat üçün qeyd edək ki, turnirə iyunun 15-də yekun vurulacaq.