Azərbaycanın cüdo üzrə milli komandası Almaniyanın Düsseldorf şəhərindəki Böyük Dəbilqə turnirində 4 medal qazanıb.
Son yarış günündə yığmamızın üzvləri 1 qızıl, 2 bürünc medala sahib olublar.
90 kq çəki dərəcəsində yer alan Məmmədəli Mehdiyev finalda yaponiyalı Sanşiro Muraonu, 100 kq çəkidəki Zelim Kotsoyev və qadınlardan 78 kq-dan yuxarı çəkidəki İrina Kindzerska 3-cü yer uğrunda görüşdə müvafiq olaraq, serbiyalı Boyan Dosen və tunisli Nihel Şeyx Ruhunu məğlub ediblər.
Ötən gün isə 73 kq çəkidə Rüstəm Orucov bürünc medal əldə edib.