Bakı İdman Sarayında usta cüdoçular arasında Azərbaycan çempionatı keçirilib.
Yarışda müxtəlif kateqoriyalar üzrə 110 veteran idmançı medallar uğrunda mübarizə aparıb. Çempionatın qalib və mükafatçılarına medallar, həmçinin federasiyanın diplomları təqdim olunub.
Qeyd edək ki, usta cüdoçular arasında respublika çempionatının qalibləri Avropa birinciliyində mübarizə aparacaqlar.