“Judo Club 2012”: dəyişməyən ənənələr, ardıcıl uğurlar

“Judo Club 2012”: dəyişməyən ənənələr, ardıcıl uğurlar


Fevralın 27-28-də Bakı İdman Sarayında cüdo üzrə gənclər arasında Azərbaycan birinciliyi keçirilib. 51 klubdan 276 (230 oğlan, 46 qadın) cüdoçunun iştirak etdiyi yarışda "Judo Club 2012”nin yetirmələri də qüvvələrini sınayıblar. Klubun yetirmələri yarışda uğurla çıxış edərək ölkə birinciliyini 2 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurublar. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Diana Şoranova (63 kq) və Nərmin Abdullayeva (70 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adına layiq görülüblər. "Judo Club 2012”yə yeganə gümüş medalı Nərgiz Hacıyeva (57 kq) qazandırıb. Elvira Əsgərova (48 kq), Nurlan Osmanov (66 kq), Yaqub İsmayılzadə (100 kq) və Ramiz Əhmədov (+100 kq) bürünc medala sahib çıxıblar. Ağa Məmmədov (81 kq), Yaşar Nəcəfov (60 kq) və Fərid Qəzənfərov (60 kq) ölkə çempionatını beşinci pillədə başa vurub.
"Judo Club 2012”nin komandası bu nəticələrlə komanda hesabında üçüncü yeri tutub.
Birinciliyin qalib və mükafatçılarına diplom, kubok və hədiyyələr təqdim edilib.