Naxçıvan Muxtar Respublika Stadionunda Naxçıvan şəhər tam orta məktəblərinin oğlan şagirdləri arasında keçirilən velosiped idmanı üzrə şəhər birinciliyinə yekun vurulub. Muxtar respublikanın Hava və Ekstremal İdman Növləri Federasiyasının, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin və şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 15 tam orta məktəbdən 50-yə yaxın velosipedçi iştirak edib.
Birinciliyin yekununa əsasən, İldırım Tarverdiyev I, Nurlan Muradov II, İbrahim Məmmədli III olublar.
Qaliblərə diplom və hədiyyələr təqdim edilib.