Şahmat bəstəçiliyi üzrə 1-ci Azərbaycan kuboku

Şahmat bəstəçiliyi üzrə 1-ci Azərbaycan kuboku


Şahmat bəstəçiliyi üzrə 1-ci Azərbaycan kubokunun reqlamentini elan edilib.
1. 1-ci Azərbaycan kubokunu Azərbaycan Şahmat Federasiyası Bəstəçilik Komissiyası keçirir.
2. Yarış 6 bölmə üzrə (ikigedişli-#2, üçgedişli-#3, çoxgedişli-N#, etüdlər -+=, yardımlımat - H#, əksmat- S#) keçirilir.
3. Hər müəllif hər bölməyə yalnız bir orijinal (heç yerdə dərc olunmayan) məsələ və ya etüd göndərə bilər. Şərikli əsərlərin iştirakına icazə verilmir.
4. Hər hansı bir bölmədə iştirakçıların sayı üç nəfərdən az olarsa, həmin bölmə üzrə yarış keçirilməyəcək.
5. 1-ci Azərbaycan kubokunun hakimləri : #2 (ikigedişli) və H# (yardımlımat) - Bəxtiyar Rüstəmov (Bakı), #3 (üçgedişli), N# (çoxgedişli) və S# (əksmat) - Rauf Əlövsətzadə (ABŞ), etüd - İlham Əliyev (Sumqayıt).
6. Şahmat bəstələri hakimlərə anonim olaraq, yəni müəlliflər göstərilmədən göndəriləcək.
7. Yarışın elan tarixi: 8.06.2013.
8. Bəstələrin yarışın direktoruna son göndəriş tarixi - 25.06.2013.
9. Nəticələrin ilkin elanı - 25.07.2013.
10. 1-ci Azərbaycan kubokunun direktoru- Elmar Abdullayev (Şirvan).
11. Məsələ və etüdləri aşağıda göstərilən elektron ünvana və ya SMS vasitəsi ilə telefona göndərmək olar.
E-mail: [email protected], Tel: 070 324 16 50.
12. Yarışda hakimlər yalnız 1-3-cü yerləri müəyyən edəcəklər, təltifə düşməyən digər məsələ və etüdlər müəlliflərə qaytarılacaq. Onlar həmin bəstələrdən digər yarışlarda istifadə edə biləcəklər.
13. Qaliblər təltifə düşən bəstələrin dərc olunduğu fəxri fərmanla, çempionlar isə kubokla təltif olunacaq.
14. 1-ci Azərbaycan kubokunun bağlanışı avqustun 2-də A.Sarıçevin xatirəsinə həsr olunmuş həlletmə yarışı zamanı keçiriləcək.



1002. Qərib Hüseynov (Bərdə) 1.Cc8!. 1003. Leonid Makaronez (İsrail) 1.Fg6! (2.Te8+ Şd6 3.Te6#), 1...Ade3 2.Ad3+ Şd4 3.Vb2#, 1...Age3 2.Vh2+ Şd4 3.Vh8#, 1...Af4 2.Ad7+ Şd6 3.Vf4#, 1...c6 2.Ad3+ Şd4 3.dc#. 1004. Mixail Kostılev (Rusiya) 1.Fh6! zz 1...Af7 2.gxf7+ Şh8 3.f8=V+ Şh7 4.Vg7#, 2...Şh7 3.f8=T Şxh6 4.Th8#, 1...Axg6 2.Şxg6 Şh8 3.Fg7+ Şg8 4.f7#.  1005. Leonid Makaronez (İsrail) 1.Vc5! (2.Ac3+ Şf6 3.Ae4+ fe 4.Vg5#), 1...Tb5 2.Ve3+ Şd6 3.Ve7+ Şc6 4.Vc7#, 1...Af2 2.Ae7+ Şe4 3.Vd5+ Şe3 4.Af5#. 1006. Mixail Kostılev (Rusiya) 1.Th8! Şxh8 2.Şf8 f5 3.Fxf5 e4 4.g6 e3 5.g7#, 2... f6 3.g6 f5 4.Fxf5 e4 5.g7#. 1007. Mixail Kostılev (Rusiya)  1.Ff8! (2.Ve7+ Şf5 3.Ve4+ Şrg5 4.Vg4#), 1... Şd5 2.Vs5+ Şre6 3.Ve7+ Şrf5 4.Ve4+ Şg5 5.Vg4#, 1... f5 2.Vd6+ Şf7 3.Ve7+ Şg6 4.Vg7+ Şh5 5.Vh6#, 1... Şf7 2.Ve7+ Şg6 3.Vg7+ Şf5 4.Vg4+ Şe5 5.Ve4#, 1... Şf5 2.Vxa4 Şe6 3.Ve8+ Şf5 4.Ve4+ Şg5 5.Vg4#, 2...Şg6 3.Vd7 f5 4.Vg7+ Şh5 5.Vh6#.  1008. Vitali Şevçenko, Aleksandr Juk (Ukrayna), Aleksandr Melniçuk (Rusiya)  1.Tb7! (2.Tb2 Fg7 3.Td5! f5 4.Td1#), 1...Şg2 2.Tb3 Fg7 3.Ts5! Şf1 4.Tc2 Fh6 5.Tb1+ Fc1 6.Tbxc1#.  1009. Anatoli Skripnik (Rusiya) və Michal Hlinka (Slovakia)  Etüd guşənin aparıcısı İ.Əliyevə həsr olunur. 1.Şh1+! Şa1 2.Va8+ Va6 3.Vh8+ Tf6 4.Tf2! Vc6+ 5.Tg2 Vf3 6.Vh4! Vd1+ 7.Tg1 Tf1! 8.Vh8+ Şa2 9.Va8+ Şb3 10.Vb7+ Şc3 11.Vc7+ Şb4 12.Vb6+ Şa4 13.Va6+ Şb4 14.Vxf1 uduş. b) 1.Şh1+! Şa1 2.Va8+ Va6 3.Vh8+ Tf6 4.Tf2!! Vc6+ 5.Tg2 h6 (5...Vf3 6.Vxh7 Va8! 7.Vg7! Va6 8.Tg1+ Şb2 9.Vg2+ +-) 6.Vg7! Şb1 7.Vh7+ Şc1 8.Vd3! Tf2 9.Ve3+ Şd1 10.Vxf2+ qara topun buqələmun əks-səda uduşu.

İ.Əliyev (Sumqayıt)
Beynəlxalq hakim