Moskvada Mixail Talın xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri davam edir. Turnirin beşinci günündə ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov növbəti görüşündə rusiyalı şahmatçı Dmitri Andreykinlə qarşılaşıb. Tərəflər görüşü heç-heçə ilə başa vurublar.
Bu, təmsilçimizin turnirdə ardıcıl beşinci heç-heçəsi olub. Həmyerlimiz 3,5 xalla Maqnus Karlsenlə birgə III-IV yerəri bölüşürlər. Turnir cədvəlinə isə 4,5 xalla Hikaro Nakamura başçılıq edir. Ondan yarım xal az toplayan Boris Gelfand ikinci pillədə qərarlaşır.