Fransanın paytaxtı Parisdə usta cüdoçular arasında keçirilən Avropa çempionatna yekun vurulub. Azərbaycanın veteranlardan ibarət cüdo üzrə yığma komandası iki qızıl, bir gümüş, üç bürünc medal qazanaraq 8-ci yer tutub.
Təmsilçilərimizdən Zaur Paşayev (100 kq) və Zülfiyyə Hüseynova (78 kq) final oyunlarında, müvafiq oaraq italiyalı Françesko Yannoni və almaniyalı Sonya Hermanı məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 60 kq çəki dərəcəsində birincilik iddiasında olan Vüqar Hüseynov həlledici mərhələdə böyük britaniyalı Vinfild Qrehemə məğlub olub. Elçin Mailov (60 kq), Müşfiq Cəfərov (66 kq), Mübariz Cəfərov (90 kq) gümüş medallara layiq görülüblər.