Martın 25-də Oğuz Olimpiya İdman Kompleksində 2005-2007-ci il təvəllüdlü oğlanlar arasında cüdo idman növü üzrə "Regionların kuboku” açıq birinciliyi keçirilib. Azərbaycan Cüdo Federasiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə ölkəmizi, həmçinin Gürcüstan və İranı təmsil edən 37 komandanın tərkibində 350-dən çox cüdoçu mübarizə aparıb. İdmançılar 11 çəki dərəcəsi üzrə yarışıblar. Yarışa respublika dərəcəli hakim Telman Əhmədli başda olmaqla, Cüdo Federasiyasının təmsilçiləri hakimlik ediblər.
Bu gün yekun vurulan açıq birinciliyin qalibləri diplomlarla mükafatlandırılıblar.