Velosipedçilər Federasiya kuboku uğrunda yarışırlar

Velosipedçilər Federasiya kuboku uğrunda yarışırlar

2019-cu ilin təqvim planına əsasən şosse velosipedinin fərdi ötüşmələr növü üzrə Bakı Şəhər Kuboku uğrunda yarış keçirilib. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil edilən yarışda klub və cəmiyyətlərin 70-ə yaxın idmançısı iştirak edib.
15 yaşadək qızların mübarizəsində Respublika Olimpiya Velosiped Məktəbinin nümayəndəsi Radxa Şabanova ən yaxşı göstərib. Bu yaş kateqoriyasında oğlanlar arasında 7 saylı Olimpiya Velosiped Məktəbindən Əli Xabayev 1-ci yeri tutub. Adı çəkilən məktəbin digər təmsilçisi Viktoriya Sidorenko 17 yaşadək qızlar arasında digər rəqiblərini qabaqlayıb. 17 yaşadək oğlanlar arasında isə Respublika Olimpiya Velosiped Məktəbindən Nikita Sıtov fəxri kürsün ən yüksək pilləsinə qalxıb.
Gənc qız və oğlanlar arasında da Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçiləri fərqlənib - Elfanə Camalova və Nəcəf Bağırov ən yaxşı göstərici ilə çempionluq sevinci yaşayıb. İlk 3 yeri tutmuş idmançılar diplom və qiymətli hədiyyələrlə təltif edilib.