Millimiz Hollandiya millisinə məğlub olub

Millimiz Hollandiya millisinə məğlub olub


On doqquz yaşadək futzalçılardan ibarət Azərbaycan yığması Avropa çempionatının əsas mərhələsində növbəti oyununu keçirib.

Hollandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 1:6 hesabı ilə məğlub olub.

U-19 turnirdə sonuncu oyununu martın 30-da Sloveniya yığmasına qarşı keçirəcək.