Estoniyanın paytaxtı Tallində keçirilən yeniyetmələr arasında keçirilən cüdo üzrə Avropa çempionatına yekun vurulub. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, çempionatda birincilik uğrunda 40 ölkədən 438 cüdoçu (180 qız, 258 oğlan) mübarizə aparıb.
Yarışın ilk günü komandamız üçün çox uğurlu olub. Belə ki, cüdoçularımız 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Çempionatda Hidayət Heydərov (60 kq) və Leyla Əliyeva (40 kq) qızıl, İlkin Babazadə (55 kq), Natiq Qurbanlı (50 kq) və Rüfət Tağızadə (55 kq) bürünc medal qazanıblar.
Yarışın ikinci günündə 66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Elnur Əhmədli komandamıza daha bir gümüş medal qazandırıb.
Beləliklə, Azərbaycan cüdoçuları qitə birinciliyini 6 medalla (2 qızıl, 2 gümüş və 2 bürünc) başa vuraraq komanda hesabında birinci olublar.