Beynəlxalq Qran-Pri turnirinə həsr olunmuş yarış

Beynəlxalq Qran-Pri turnirinə həsr olunmuş yarış


Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) təşkilatçılığı ilə peyntbol yarışı keçirilib.
Yarışda AMPK, "Qarabağ qaziləri”, "Bir Könüllü” təşkilatının və "ASAN Radio”nun komandaları iştirak ediblər.
Yarış mayda "Ruhun zəfəri” devizi altında Bakıda keçiriləcək paracüdo üzrə beynəlxalq Qran-Pri turnirinə həsr olunub. Dörd komandanın mübarizəsində birinci yeri "Qarabağ qaziləri” kollektivi tutub. Digər yerlərdə isə müvafiq olaraq, AMPK-nın, "Bir könüllü” təşkilatının və "ASAN Radio”nun komandaları qərarlaşıblar.