"Böyük Dəbilqə": İlk gündə iki medal 

"Böyük Dəbilqə": İlk gündə iki medal 

Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinin ilk yarış gününə yekun vurulub.

Olimpnews.az xəbər verir ki, komandamız günü iki medalla başa vurub. Təmsilçilərimizdən Balabəy Ağayev (-60 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.

Digər cüdoçumuz Ruslan Paşayev (66 kq) isə bürünc medal qazanıb.

Qeyd edək ki, fevralın 8-dək davam edəcək yarışda Azərbaycan komandası 8 cüdoçu ilə təmsil olunur.