Ermənilər 4 rayonumuzda futbol çempionatı keçirməyə hazırlaşırlar

Ermənilər 4 rayonumuzda futbol çempionatı keçirməyə hazırlaşırlar


Düşmən Azərbaycanın işğal altındakı şəhərlərində Avropanın qondarma separatçı "dövlət”lərinin futbol çempionatını ("CONİFA”) keçirməyə hazırlaşır.
Separatçı erməni nəşrlərinin verdiyi məlumata görə, bununla əlaqədar qondarma rejimin "dövlət naziri” adlanan Qriqori Martirosyan ad-soyadlı adamabənzər məxluq Xankəndi, Əsgəran, Ağdərə və Xocavəndə səfər edərək gözlənilən futbol oyunlarına hazırlıq işləri ilə maraqlanıb, təmir-bərpa işləri gedən stadionlara baş çəkib.
Qondarma çempionatın 1-10 iyun 2019-cu il tarixində keçirilməsi planlaşdırılır.
Ermənilər torpaqlarımızda qanunsuz çempionata, biz isə onlarla heç bir faydası olmayan növbəti, "en”inci danışıqlara hazırlaşırıq...