Tromsedən sonra növbə Bakınındır

Tromsedən sonra növbə Bakınındır

Avqustun 11-də Norveçin Tromse şəhərində şahmat üzrə Dünya kuboku turniri keçiriləcək.
128 şahmatçının iştirakı ilə keçiriləcək turnirdə ölkəmizi qrossmeysterlər Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovla yanaşı şahmatçımız Eltac Səfərli və Vasif Durarbəyli təmsil edəcəklər.
Qeyd edək ki, Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov Dünya kubokuna birbaşa vəsiqə əldə ediblər. Qalan iştirakçılar isə, qitə çempionatlarının yekunlarına əsasən, bu hüququ qazanıblar. Belə ki, ötənilki çempionat əldə etdiyi nəticələr sayəsində Vasif Durarbəyli növbəti vəsiqəyə sahib çıxıb. Eltac Səfərli isə bu il Avropa çempionatında Dünya kubokuna vəsiqə alıb. Əslində, Avropa çempionatları Dünya kubokuna cəmi 25 vəsiqə verməlidir. Amma Azərbaycan Şahmat Federasiyasının müraciətini nəzərə alan FİDE Eltac Səfərlini qarşıdakı yarışın iştirakçıları sırasına salıb. Qeyd edək ki, Dünya kuboku hər 2 ildən bir 128 şahmatçının iştirakı ilə keçirilir. 2015-ci il Dünya kuboku Bakıda təşkil olunacaq.