Xüsusi olimpiyaçıların badminton yarışları başa çatıb

Xüsusi olimpiyaçıların badminton yarışları başa çatıb

Xüsusi olimpiyaçı qızlar və oğlanlar arasında badminton üzrə respublika seçmə yarışları keçirilib.
Yarışlar Xəzər rayonu 12 saylı xüsusi internat məktəbində təşkil edilib.
Yekun nəticələrə görə, qızlar arasında birinci divizionda Xəzər rayonu 12 saylı xüsusi internat məktəbinin, ikinci divizionda Sabunçu rayonu 170 saylı inklüziv sinifli tam orta məktəbin komandaları fəxri kürsünün ilk pillələrində qərarlaşıblar.
Oğlanlar arasında təşkil olunan turnirdə isə birinci divizionda Nəsimi rayonu 11 saylı xüsusi təhsil məktəbinin, ikinci divizionda Sabunçu rayonu 170 saylı inklüziv sinifli tam orta məktəbin, üçüncü divizionda isə Autizmlilərin İdman Klubu İctimai Birliyinin komandaları fərqləniblər.