“Marsel” və “Monako” fransalı futbolçunu heyətdə görmək istəyir

“Marsel” və “Monako” fransalı futbolçunu heyətdə görmək istəyir

"Roma”nın yarımmüdafiəçisi Stiven Nzonzi yenidən Fransaya qayıda bilər. "La Gazzetta dello Sport”un yaydığı məlumata görə 30 yaşlı futbolçu "Marsel” və "Monako” komandalarının diqqət mərkəzindədir. Futbolçunun hansı klubu seçəcəyi mövsüm başa çatdıqdan sonra müəyyənləşəcək.