Rahim Sterlinqdən maraqlı təklif

Rahim Sterlinqdən maraqlı təklif


"Mançester Siti”nin və İngiltərə yığmasının yarımmüdafiəçisi Rahim Sterlinq bildirib ki, azarkeşlərin rasizm şüarlarına görə komanda cəzalandırılmalıdır. "Cəzalar çox ciddi olmalıdır. Varlı klublar və futbol assosiasiyaları bunu ödəmək iqtidarındadır. Lakin belə hal baş verərsə, komandaların xalları silinməlidir. Belə olduğu təqdirdə azarkeşlər öz sevimli komandalarını nəzərə alacaq. Bundan başqa rasizm şüarına görə həmin klub ev oyunlarını ən azı 3 oyun boş tribunada keçirməlidir. Mən düşünürəm ki, bu yolla rasizmin qarşısını almaq qismən də olsa mümkün olacaq”, - deyə Sterlinq "The Time” nəşrinə bildirib.