İngiltərənin "Mançester Siti” futbol klubu "Atletiko Madrid”in yarımmüdafiəçisi Rodriqo Hernandesi transfer etmək niyyətindədir.
Mançester təmsilçisi 22 yaşlı ispaniyalı yarımmüdafiəçi üçün 70 milyon avro ödəməyə hazırdır. Bu keçid baş tutsa "Mançester Siti”nin tarixində ən bahalı transfer olacaq.
Rodriqo Hernandes cari mövsümdə Madrid təmsilçisinin heyətində iştirak etdiyi 38 oyunda 2 dəfə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, klubun hazırda ən bahalı transferi 2018-ci ildə "Lester Siti”dən 60 milyon funt sterlinqə aldığı Riyad Mahrezdir.