“7 milyon dollarlıq büdcəmiz var”

“7 milyon dollarlıq büdcəmiz var”

Bakıda keçiriləcək Avropa Liqasının finalının büdcəsi təxminən 7 milyon dollardır. Bunu AFFA-nın baş katibi Elxan Məmmədov rusiyalı jurnalistlərə açıqlamasında deyib. "Avropa Liqasının finalına hazırlıq işlərinə gəlincə, təxminən 7 milyon dollarlıq büdcəmiz var. Əminəm ki, bu məbləğ tədbiri xərclərinə kifayət edəcək" - deyə Elxan Məmmədov bildirib.
Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.