Cüdoçularımız yarışlara Tokioda hazırlaşıb

Cüdoçularımız yarışlara Tokioda hazırlaşıb


Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə beynəlxalq "Böyük dəbilqə” turniri və digər nüfuzlu yarışlara hazırlıqlarını davam etdirən Azərbaycan milli komandasının üzvləri Yaponiyada təlim-məşq toplanışını başa vurublar.
Tokioda üç həftə davam edən məşqlərdə millimizin aparıcı cüdoçuları iştirak ediblər. İdmançılarımız baş məşqçi Ruslan Maşurenkonun və məşqçi Elxan Məmmədovun rəhbərliyi ilə gündə iki dəfə təlim-məşqlər
keçib, verilən tapşırıqları yerinə yetiriblər. Təlim-məşq toplanışına idmançılarımızla yanaşı, yaponiyalı cüdoçular da qatılıblar.
"Böyük dəbilqə" turniri mayın 10-da Heydər Əliyev adına İdman Sarayında start götürəcək. Mötəbər yarış üç gün davam edəcək.