Mbappe və Neymarın neçə oyunluq cəzalandırılacaq?

Mbappe və Neymarın neçə oyunluq cəzalandırılacaq?

Fransa Futbol Federasiyasının İntizam Komitəsi mayın 2-də "Paris Sen-Jermen”in (PSJ) hücumçuları Kilian Mbappe və Neymara veriləcək cəza ilə bağlı qərar qəbul edəcək.
Fransalı hücumçu 3-4 matç, braziliyalı futbolçu isə 3-8 oyunluq cəzalandırıla bilərlər.
Xatırladaq ki, Mbappe Fransa kubokunun finalında "Renn” ilə qarşılaşma zamanı müdafiəçi Damien Da Silvaya qarşı kobud oynayıb. Eyni matçda Neymar Paris futbolçularına qarşı təhqirlərə cavab olaraq azarkeşi vurub. Braziliyalı futbolçunun işi ilə bağlı qərar 10 gün təxirə salına bilər. Elə olarsa o, çempionatda "Nitsa” komandasına qarşı oyunda iştirak edəcək.