"Mançester Yunayted"in futbolçusu Pol Poqbanın butsları və forması hərracda satılıb. Fransa millisinin üzvünün DÇ-2018-in finalında Xorvatiya ilə matçda (4:2) geyindiyi butsları 30 min avroya alıblar. Bu məbləğ Fransanın kasıb regionlarında yardıma ehtiyacı olan tələbələrə veriləcək. Poqbanın Avro-2016-nın 1/4 finalında İslandiya ilə görüşdə geyindiyi forma isə 4 min avroya satılıb. Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçinin DÇ-2018-in seçmə mərhələsində Hollandiya ilə görüşdəki forması isə 3 min avroya satılmışdı.