“Bugatti” üçün 2 il gözləyəcək

“Bugatti” üçün 2 il gözləyəcək

"Yuventus”un futbolçusu Kriştiano Ronaldo avtomobil kolleksiyasına yeni "Bugatti” əlavə edəcək. Portuqaliyalı hücumçunun alacağı "La Voiture Noire” markasının modeli olan avtomobilin qiyməti 11 milyon avrodur. Bu isə dünyanın ən bahalı maşını sayılır. Mart ayında Cenevrədə təqdimatı olan və mühərriki 1500 at gücündə olan avtomobil saatda 420 km sürətə malikdir. Cəmi bir ədəd istehsal olunan avtomobildən təkcə Ronaldoda olacaq. Ancaq hələ şirkət bu avtomobilin 34 yaşlı oyunçunun almasını təsdiqləməyib. Avtomobilin tam hazır olması 2021-ci ilə qədər çəkəcək.