“Ayaks” finala bir qədər də yaxınlaşdı

“Ayaks” finala bir qədər də yaxınlaşdı


Aprelin 30-da UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə start verilib. Mərhələnin açılış görüşündə İngiltərənin "Tottenhem” klubu Hollandiyanın "Ayaks” komandasını qəbul edib. Görüş gözlənilmədən qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb - 0:1. Oyunda yeganə qolun müəllifi 15-ci dəqiqədə Doni van De Bik olub.
Bu komandalar arasında cavab qarşılaşması mayın 8-də keçiriləcək.