Tərtər rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə mini futbol üzrə rayon birinciliyinə start verilib.
Yeni Azərbaycan Partiyası rayon təşkilatı, Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda ümumtəhsil məktəblərinin 16 komandası iştirak edir.
Yarışın açılış mərasimində çıxış edənlər ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, gənclərə və idmana göstərdiyi diqqət və qayğıdan danışıblar.
Üç gün davam edəcək yarışın sonunda qalib komandalar diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.