Portuqaliyanın "Portu” klubunun şərəfini qoruyan təcrübəli qolkiper İker Kasilyas ürəktutması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Qolkiper məşq zamanı özünü pis hiss edib və təcili xəstəxanaya yerləşdirilib. Hazırda durumu sabit olan 37 yaşlı İ.Kasilyas futbol karyerası ilə vidalaşmalı olacaq. Nüfuzlu "AS” portuqal idman nəşrinin yazdığına görə, həkim-kardioloq Xuan Antonio Korbalan İker Kasilyasın səhəti ilə bağlı futbol karyerası ilə vidalaşmalı olacağını bildirib. Həkimin dediyinə görə, futbolçunun koronar stentlə meydana çıxması mümkünsüzdür. "İker normal həyat sürsə də, artıq peşəkar səviyyədə idmanla məşğul ola bilməyəcək”, - deyə kardioloq diqqətə çatdırıb.
Qeyd edək ki, ispaniyalı qapıçı 3 dəfə Çempionlar Liqasının, 5 dəfə İspaniya çempionatının qalibi olub. O, millinin heyətində bir dəfə dünya, iki dəfə Avropa çempionu tituluna yiyələnib.