Komandamız Estoniyada birinci oldu

Komandamız Estoniyada birinci oldu

Estoniyanın paytaxtı Tallində keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatına yekun vurulub. Turnirdə ümumilikdə 40 ölkədən 438 cüdoçu (258 oğlan, 180 qız) qalib adı uğrunda mübarizə aparıb.
Yarışın birinci günü cüdoçularımız üçün uğurlu olub. Belə ki, komandamız 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Bu yarışda Hidayət Heydərov (60 kq) və Leyla Əliyeva (40 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüsəliblər. İlkin Babazadə (55 kq) finalda məğlub olaraq gümüş medala layiq görülüb. Bürünc medalı isə komandamıza Natiq Qurbanlı (50 kq) və Rüfət Tağızadə (55 kq) qazandırıblar.
Yarışın ikinci günü 66 kiloqram çəki dərəcəsində tatamiyə çıxan cüdoçumuz Elnur Əhmədli komandamızın aktivinə daha bir gümüş medalı əlavə edib.
Beləliklə, Azərbaycan cüdoçuları qitə birinciliyində 6 medal (2 qızıl, 2 gümüş və 2 bürünc) qazanaraq, komanda hesabında birinci yeri tutublar.