Blakbörn"ün futbolçusu Tayler Meqloyr futbol tarixinin ən sürətli oyunçusu kimi qəbul edilib.
20 yaşlı futbolçu "Uiqan"la qarşılaşmada 1 saniyə ərzində 10,6 metr sürət yığıb. Bu göstərici bir müddət əvvəl Mbappenin göstərdiyi sürətdən çoxdur - 10,55.
Taylerin sürəti əfsanəvi yamaykalı atlet Useyn Boltun orta sürətini də üstələyir. Bolt 2009-cu ildə Berlində dünya rekordu müəyyənləşdirmişdi. Həmin vaxt onun orta sürəti saniyədə 10,44 metr, maksimal sürəti isə saniyədə 12,42 metr olmuşdu.