İkinci Bundesliqanın 32-ci tur matçında "Köln" səfərdə "Qroyter Fürt" komandasını 4:0 hesabı ilə darmadağın edib.
bu qələbə "Köln"ə vaxtından əvvəl II Bundesliqanın qalibi olmaq və birinci diviziona vəsiqə qazanmaq şansı verib.
"Köln" çempionatın başa çatmasına iki tur qalmış "Paderborn 07" komandasını 8 xal qabaqlayır.
Beləliklə, "Köln" 2000-ci ildən etibarən 6-cı dəfə Bundesliqaya vəsiqə qazanmış olub ki, bu da Avropanın aparıcı çempionatları arasında bir sinif yuxarı qalxmaq sayına görə rekorddur.