İngiltərənin "Norviç Siti" klubunun futbolçuları Çempionşipdə qazanılmış qələbəyə həsr olunmuş çempion paradı zamanı gözlənilməz vəziyyətlə üzləşiblər.
Futbolçuları aparan avtobus parad zamanı xarab olub və bu səbəbdən oyunçular avtobusdan düşərək onu itələmək məcburiyyətində qalıblar.
Hadisənin videosu klubun rəsmi "Twitter" səhifəsinə yerləşdirilib.
"Norviç" "Çempionşip"də birinci yeri tutub və İngiltərə Premyer Liqasına vəsiqə qazanıb.