Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) rəsmi saytında verilən məlumata görə, Federasiya qadın futbolunda iki yeni illik mükafat təsis edib.
2019-cu ildən başlayaraq, FİFA-nın illik mükafatlarının təqdim edilməsi mərasimində iki yeni nominasiya yaranacaq: FİFA-nın və Beynəlxalq Peşəkar Futbolçular Federasiyasının (FİFPro) versiyası üzrə "İlin ən yaxşı qadın qapıçısı” və "İlin ən yaxşı 11 qadın futbolçusundan ibarət simvolik yığma”.
FİFA-nın illik mükafatlarının təqdim edilməsi mərasimi 2019-cu il sentyabrın 23-də Milanda, "La Skala” teatrının binasında keçiriləcək.