Badmintonçumuz Braziliyada qüvvəsini sınayıb

Badmintonçumuz Braziliyada qüvvəsini sınayıb

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Braziliyanın Kampinas şəhərində keçirilən 34-cü "Brazil International Challenge” turnirində çıxış edib. Azərbaycan Badminton Federasiyasından verilən məlumat görə, mübarizəyə əsas mərhələdən qoşulan badmintonçumuz onaltıdabir finalda Kanada badmintonçusu Senkirslə qarşılaşıb. Görüş kanadalı badmintonçunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, turnirin qalibi israilli badmintonçu Mişa Zilberman olub.