Xocavar rayon turnirinin qalibidir

Xocavar rayon turnirinin qalibidir

Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Banbaşı kənd stadionunda Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş gənclər arasında futbol üzrə rayon turniri başa çatıb. Bir ay davam edən turnirdə 12 komanda mübarizə aparıb. Finalda Binə Xocavar və Böyük Xocavar kənd komandaları qarşılaşıblar. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən final görüşündə rəqibinə 2:1 hesabı ilə qalib gələn Binə Xocavar kənd komandası turnirin qalibi olub. Qaliblərə Masallı Rayon Gənclər və İdman İdarəsinin diplomları və hədiyyələr təqdim edilib.