"Atletik"in yarımmüdafiəçisi Markel Susaeta doğma komandasından ayrılır.
Bunu 32 yaşlı vinger özü bildirib.
O, karyerası ərzində indiyə qədər formasını geyindiyi yeganə klub olan bilbaolularla vidalaşacağını söyləyib:
"Növbəti mövsüm harda olacağımı bilmirəm, amma futbol oynayacam. Həmişə karyeramı "Atletik"də başa vurmağı arzulamışam. Amma müəyyən şərtlər bunu qeyri-mümkünə çevirdi. Azarkeşlərə və məşqçilərimə təşəkkür edirəm".
"Atletik"in yetirməsi olan Markel Susaeta 1997-ci ildən bu komandanın heyətində çıxış edir.